Reels və Qısa Formatlı Video İstehsalı

Sosial media alqoritmlərində önə çıxmaq və hesablarınıza daha çox orqanik trafik cəlb etmək üçün dinamik qısa videolar hazırlayırıq. Instagram Reels, TikTok və YouTube Shorts platformalarının trendlərinə uyğun, izləyicinin diqqətini ilk saniyələrdən çəkən kreativ məzmunlarla sosial mediadakı gücünüzü artırın.

Niyə Məhz Media Fabriki?

Birbaşa İcraçı:

Biz vasitəçi deyilik. Layihənin planlaşdırılmasından təhvilinə qədər bütün addımlar öz komandamız tərəfindən idarə olunur.

Müasir Texniki Avadanlıqlar:

Bütün çəkilişlərimizdə ən son texnologiya kameralar, səs yazma cihazları, işıqlandırma sistemləri və montaj proqramlarından istifadə edirik.

SEO və Rəqəmsal Marketinq Yönümlü:

Yaratdığımız media məzmunları təkcə estetik deyil, həm də vebsaytınızın və sosial media hesablarınızın rəqəmsal performansı üçün optimallaşdırılmış şəkildə təhvil verilir.