Canlı Yayımların (Live Stream) Təşkili

Vebinarlar, təqdimatlar və xüsusi günlər üçün peşəkar, çoxkameralı canlı yayım xidmətləri göstəririk. Kəsintisiz görüntü, təmiz səs və fərdi qrafik tətbiqlərlə izləyicilərinizə rəqəmsal mühitdə ən yaxşı “live stream” təcrübəsini yaşadırıq.

Niyə Məhz Media Fabriki?

Birbaşa İcraçı:

Biz vasitəçi deyilik. Layihənin planlaşdırılmasından təhvilinə qədər bütün addımlar öz komandamız tərəfindən idarə olunur.

Müasir Texniki Avadanlıqlar:

Bütün çəkilişlərimizdə ən son texnologiya kameralar, səs yazma cihazları, işıqlandırma sistemləri və montaj proqramlarından istifadə edirik.

SEO və Rəqəmsal Marketinq Yönümlü:

Yaratdığımız media məzmunları təkcə estetik deyil, həm də vebsaytınızın və sosial media hesablarınızın rəqəmsal performansı üçün optimallaşdırılmış şəkildə təhvil verilir.